BAKI, 1 noyabr - Sputnik. Gələn il Azərbaycanın dövlət büdcəsindən siyasi partiyaların fəaliyyətinin maliyyələşdirilməsi üçün 5 milyon manat vəsait ayrılması nəzərdə tutulur.
Bu barədə Maliyyə Nazirliyinə istinadən xəbər verir.
Məlumata görə, həmin vəsait VI çağırış Milli Məclisinin deputatlarının təmsil olunduğu partiyalara çatacaq.
Qeyd edək ki, 9 fevral 2020-ci ildə keçirilən seçkilərdə parlamentdə təmsil olunmağa 11 siyasi partiya haqq qazanıb. Onlardan 1-i 22 may 2023 tarixində özünü buraxıb.
Hal-hazırda rəsmi dövlət qeydiyyatında olan 29 partiyadan 10-u parlamentdə təmsil olunur. Milli Məclisdə Yeni Azərbaycan Partiyasının 69, Vətəndaş Həmrəyliyi Partiyasının 3, yerdə qalan 8 partiyanın isə hərəsinin 1 deputat mandatı var.