VİDEO

Azərbaycanda idxal qiymətlərinin inflyasiyaya təsiri necədir?

Baş Nazir Əli Əsədov iyulun 15-də inflyasiya və qiymətlərin monitorinqini gücləndirmək üçün işçi qrupunun yaradılması haqqında sərəncam imzalayıb. Yeni tədbirlərin hansı nəticələr verəcəyi barədə daha ətraflı videomuzda izləyə bilərsiniz.
Sputnik
Ayrı bir qurumun yaradılması inflyasiya ilə mübarizədə koordinasiyanın gücləndirilməsini nəzərdə tutur. Bunu ekspert-iqtisadçı Natiq Cəfərli Sputnik Azərbaycan-a açıqlamasında deyib.
"Digər sənədlərlə müqayisədə burada konkret məqsədlər mövcuddur, yəni, cari ilin sonuna və ya gələn ilə qədər inflyasiyanın azaldılması var", - deyə Cəfərli qeyd edib.
Ekspert vurğulayıb ki, Azərbaycan Mərkəzi Bankı inflyasiyanın azaldılmasında böyük rol oynayır.
Onun sözlərinə görə, Azərbaycana hökumətin və Mərkəzi Bankın bu sahədəki addımlarını əlaqələndirəcək bir qurum lazım olub.
İqtisadçı bildirib ki, inflyasiya hələ bir sıra ərzaq və qeyri-ərzaq məhsulları ilə özünü təmin edə bilməyən Azərbaycana idxal olunur.
"İndiyə qədər Azərbaycanda rəqabət haqqında qanun qəbul edilməyib. Bu, respublikada rəqabətin inkişafına təkan verə biləcək çox mühüm sənəddir", - deyə Cəfərli fikrini yekunlaşdırıb.