CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

AZAL və "Bakı Metropoliteni"nə dövlət büdcəsindən ayrılacaq vəsaitlər artırılıb

“Bakı Metropoliteni”nə 2023-cü ilin təsdiq olunmuş proqnozu ilə müqayisədə 30,2 % əlavə vəsait veriləcək.
Sputnik
BAKI, 1 noyabr - Sputnik. Gələn il Azərbaycanda dövlət büdcəsindən "Azərbaycan Hava Yolları" QSC-yə 5 milyon manat ayrılması nəzərdə tutulur.
Bu barədə Maliyyə Nazirliyinə istinadən xəbər verir.
Məlumata görə, həmin vəsait Naxçıvan Muxtar Respublikasına həyata keçirilən aviareyslərə, Böyük Vətən müharibəsi əlillərinin və iştirakçılarının, habelə onlara bərabər tutulan şəxslərin Müstəqil Dövlətlər Birliyi ölkələrinə nəqliyyatda gedişlə bağlı tətbiq edilən güzəştlər hesabına yaranan zərərin örtülməsi üçün ayrılacaq.
2024-cü ildə Azərbaycanda sərnişindaşıma xidməti tarifinin maya dəyərindən aşağı olması nəticəsində yaranmış zərərin örtülməsi üçün “Bakı Metropoliteni” QSC-yə dövlət büdcəsindən 50 milyon manat ayrılması nəzərdə tutulur.
Məlumata görə, bu, 2023-cü ilin təsdiq olunmuş proqnozu ilə müqayisədə 30,2 % çoxdur.