BAKI, 1 noyabr — Sputnik. 2023-cü ilin sentyabr ayında Aİİ-də kənd təsərrüfatı məhsullarının istehsalçı qiymətləri 2022-ci ilin dekabr ayı ilə müqayisədə 0,7% azalıb.
Bu barədə Avrasiya İqtisadi Komissiyasının Statistika Departamenti məlumat yayıb.
Təşkilatın məlumatına görə, kənd təsərrüfatı məhsulları istehsalçılarının qiymətlərində azalma qeyd edilib:
Ermənistanda - 31,2%,
Belarusda - 8,4%,
Qazaxıstanda - 5,6%,
Qırğızıstanda - 1,7%.
Rusiyada 1,5% qiymət artımı qeydə alınıb.
AİK, həmçinin bitkiçilik məhsullarının qiymətlərinin 6% ucuzlaşdığını, heyvandarlıq məhsullarının qiymətlərinin isə 3,1% artdığını bildirib.