DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

İsrail Qəzzada öz planı üzrə hərəkət edir - KİV

Oktyabrın 27-də Qəzza zolağında rabitə və internetin kəsilməsinin arxasında yəhudi dövlətinin hakimiyyət orqanları dayanır.
Sputnik
BAKI, 31 oktyabr — Sputnik. ABŞ İsrailə məsləhət versədə, yəhudi dövləti Qəzza zolağında öz planlarına uyğun əməliyyatlar aparır. Bu barədə ABŞ administrasiyasındakı mənbəyə istinadən "Politico" qəzeti yazıb.
Nəşr yazır ki, ABŞ prezidenti Co Baydenin administrasiyası Fələstin-İsrail münaqişəsi fonunda iki problemi həll etməlidir: hərbi əməliyyatların genişlənməsinin qarşısını almaq və eyni zamanda Qəzzada quru əməliyyatlarının keçirilməsində İsrailə dəstək vermək. Qəzet bu əməliyyatların Vaşinqtonun tövsiyələrindən ​​irəli getdiyinə diqqət çəkir. Xüsusilə ABŞ İsrailin Qəzzanı bu qədər irimiqyaslı bombalamasını və anklavda interneti kəsməsini istəmirdi. Vaşinqton yəhudi dövlətinin hakimiyyət orqanlarından kommunikasiyaları bərpa etməyi və hava hücumlarını daha dəqiq həyata keçirməyi xahiş etməyə məcbur olub.
ABŞ rəsmisi qəzetə deyib ki, onlar öz planlarını həyata keçirirlər və bunları özləri hazırlayıblar.
Nəşrin həmsöhbəti həmçinin qeyd edib ki, ABŞ-ın etdiyi hər şey eskalasiyanın qarşısını almaq məqsədi daşıyır. O, əlavə etdi ki, Bayden və ətrafı bütün gözlənilməz hallara hazırlaşır.
Bundan əvvəl Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Metyu Miller bildirmişdi ki, ABŞ Qəzza zolağında kommunikasiyaların bərpası üçün tədbirlər görməkdə İsrail hakimiyyətinə təsir edir. Bu barədə ABŞ rəsmisinə istinadən "The Washington Post" da məlumat yayıb. O, nəşrə bildirib ki, oktyabrın 27-də Qəzza zolağında rabitə və internetin kəsilməsinin arxasında yəhudi dövlətinin hakimiyyət orqanları dayanır. Onun sözlərinə görə, israillilər amerikalı həmkarlarına oktyabrın 27-də anklavda əməliyyatları genişləndirməzdən əvvəl niyə bu addımı atdıqlarını izah etməyiblər.