BAKI, 31 oktyabr — Sputnik. Bu ilin sentyabr-oktyabr aylarında Rusiya Federasiyasının Oryol vilayətindən Azərbaycana 2977 ton (148 partiya) ərzaq kartofu ixrac edilib.
"2023-cü ilin sentyabr-oktyabr aylarında "Rosselxoznadzor" İdarəsinin Orlov və Kursk vilayətləri üzrə rəsmi şəxslər tərəfindən Orlov vilayətindən Azərbaycan Respublikasına 2977 ton (148 partiya) ərzaq kartofunun daşınmasına nəzarət edilib. Göndərilən məhsulların istehsalçıları bölgənin fermer təsərrüfatlarıdır", - məlumatda deyilir.
İdarənin məlumatına görə, 2022-ci ilin eyni dövründə Orlov vilayəti bu məhsulların cəmi 400 tonunu (20 partiya) ixrac edib.
Mövcud qanunvericiliyə uyğun olaraq ixrac edilən kartofun hər partiyasına fitosanitar sertifikatları verilir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.