RUSİYA

Rusiya XİN: Rusiya Yaponiyanın istənilən düşmən davranışına sərt cavab verəcək

Nazirliyin məlumatına görə, Donbasın müdafiəsi üzrə xüsusi hərbi əməliyyat (XHƏ) başlandıqdan sonra Tokio Rusiyaya qarşı düşmənçilik kursu aparır.
Sputnik
BAKI, 31 oktyabr — Sputnik. Rusiya tərəfi Yaponiya hakimiyyətinin yeni düşmən davranışlarına cavab olaraq Yaponiyaya sərt və təsirli əks-tədbirlər tətbiq edəcək.
Bu barədə Rusiya Xarici İşlər Nazirliyindən bildiriblər.
RİA Novosti xəbər verir ki, XİN məlumatına görə, Donbasın müdafiəsi üzrə xüsusi hərbi əməliyyat (XHƏ) başlandıqdan sonra Tokio Rusiyaya qarşı düşmənçilik kursu aparır.
Buna misal olaraq sanksiyaları, yapon cəmiyyətində rusofobik əhval-ruhiyyənin qızışdırılmasını, həmçinin Rusiyanın Uzaq Şərq sərhədlərində NATO ilə hərbi fəallığın gücləndirilməsini qeyd etmək olar.
Bildirilir ki, belə bir şəraitdə Moskva uzunmüddətli münasibətlərin əsasını qoymaq məqsədi daşıyan sənədin bağlanması ilə bağlı Tokio ilə dialoqu davam etdirmək imkanını görmür.
Bu yaxınlarda Rusiya Prezidenti Vladimir Putin Rusiyanın Yaponiya ilə dialoqa hazır olduğunu bəyan edib.