BAKI, 31 oktyabr — Sputnik. Qlobal gündəmdəki bir sıra məsələlərin həllində müəyyən səmərəsizliyə baxmayaraq, Rusiya hələ də BMT sistemini alternativsiz beynəlxalq mexanizm hesab edir. Bu barədə jurnalistlərə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov məlumat verib.
"Biz inanırıq ki, Birləşmiş Millətlər Təşkilatı sistemi, əvvəllər olduğu kimi, dünya gündəmindəki ən həyati məsələlərdə müəyyən səmərəsizliyə baxmayaraq, yeganə və mübahisəsiz beynəlxalq mexanizm olaraq qalır", - deyə o, Türkiyənin BMT Təhlükəsizlik Şurasına alternativlər yaratmaq təşəbbüsü ilə bağlı sualı cavablandırıbarkən deyib.
Bununla bağlı Kreml nümayəndəsi qeyd edib ki, Türkiyənin təklifi ən azından beynəlxalq konsensus tələb edir.
"Bu çətin dövrdə, kritik ziddiyyətlərin və konseptual dəyişikliklərin baş verdiyi bu çətin dövrdə mümkündürmü? Bunu ancaq gələcək göstərəcək", - Peskov vurğulayıb.