BAKI, 31 oktyabr — Sputnik. Qəzzada ölənlərin, təxminən 70%-nin qadın və uşaqlardır.
Bunu Birləşmiş Millətlər Təşkilatının Yaxın Şərqdəki Fələstinli Qaçqınlara Yardım və İşlər üzrə Agentliyinin baş komissarı Filip Lazzarini bildirib.
Lazzarini əlavə edib ki, ondakı məlumatlara görə, müharibənin üç həftəsi ərzində anklavda, təxminən 3,2 min azyaşlı öldürülüb.
O, daha əvvəl Qəzzadakı vəziyyəti "yer üzündə cəhənnəm" adlandırmışdı. Bundan əlavə, Lazzarininin sözlərinə görə, son üç gündə Qəzzada Birləşmiş Millətlər Təşkilatının Yaxın Şərqdəki Fələstinli Qaçqınlara Yardım və İşlər üzrə Agentliyinin daha on əməkdaşı öldürülüb. Fələstin-İsrail münaqişəsinin qızışmasından sonra təşkilatın həlak olan əməkdaşlarının ümumi sayı 63-ə çatıb.
Fələstin Səhiyyə Nazirliyinin məlumatına görə, Qəzza zolağında İsraillə münaqişənin şiddətlənməsi başlayandan bəri ölənlərin sayı səkkiz min nəfəri keçib.
Qəzza zolağında uşaqların ölümü ilə bağlı BMT-yə müraciət layihəsinin Rusiya Dövlət Dumasına təqdim edildiyi də məlum olub.