BAKI, 30 oktyabr — Sputnik. Şirniyyat yemək insanda şəkərli diabetin inkişafına birbaşa təsir göstərmir, lakin şirniyyat artıq çəkinin çoxalmasına kömək edir.
Bunu M. F. Vladimirski ad. Moskva Regional Tədqiqat Klinik İnstitutunun "qastroenterologiya" şöbəsinin müdiri Tatyana Seliverstova "RİA Novosti"yə bildirib.
"Şəkərli diabet və şirniyyatlar arasındakı əlaqə mifdir, çünki yetkin əhali arasında ən çox rast gəlinən 2-ci tip diabet sözdə gombulların diabetdir və şirniyyat yemək buna dolayı təsir göstərir", - deyə Seliverstova sözünə davam edib.
Lakin şirniyyatlar, qlükoza istehlakının gündəlik rasionu aşıldığında insan sağlamlığına mənfi təsir göstərə bilər. Beləliklə də, bu, artıq çəki almağınıza səbəb ola bilər.
"Konfetlərin, o cümlədən şirniyyatın zərərli tərəfi odur ki, onların tərkibində çoxlu qlükoza var. Bizim gündəlik qida rasionumuz isə, təxminən 50 qram qlükoza olmalıdır. Təbii ki, insan konfet yeyəndə nə qədər qlükoza yediyini hesablamır və o, dəqiqdir ki, gündəlik şirniyyat tələbini artıqlaması ilə yerinə yetirir. Həddindən artıq şirniyyat artıq çəki deməkdir, çünki qaraciyər onu piylərə emal edir və piy kimi saxlayır", - deyə ekspert qeyd edib.
Bununla belə, şirniyyatlar faydalı xüsusiyyətlərə də malik ola bilər. Belə ki, şirniyyat, həm də, bədən, beyin, ürək və əzələlər üçün əsas fiziki komponent və enerji mənbəyi olan tez doldurulan enerji və qlükoza mənbəyidir.
Həmçinin, Seliverstova görə, şirniyyatlar təmiz formada sızanaq yarada bilməz, lakin şirniyyatların həddindən artıq istehlakı yoğun və ya nazik bağırsaqda disbakterioza səbəb ola bilər ki, bu da sonradan dermatoloq tərəfindən sızanaqların görünüşü ilə əlaqələndirilə bilər. Bununla yanaşı, sızanaqların özlərinin yaranması çox vaxt yerli dəri immunitetinin pozulması, tərləmə pozğunluqları və hormonal dəyişikliklərdən qaynaqlanır.
"Şirniyyat iştahı kəsə bilər, çünki qlükoza ən sürətli əmilən şeydir və buna görə aclıq hissi "kütləşir", çünki həm böyüklərdə, həm də uşaqda aclıq hissi qanda insulinin artması ilə əlaqədardır və əgər bu zaman şirniyyat əlavə etsəniz, insulin azalır, qlükoza isə çoxdur və doyma dərhal baş verir, amma bu çox qısa bir doymadır, yəni sözün əsl mənasında bir saat, yarım saat, sonra insan daha çox yemək istəyir", - deyə həmsöhbət əlavə edib.
Buna görə də o, şirniyyatı yeməkdən əvvəl deyil, yalnız yeməkdən sonra, yeməklər arasında yeməyi məsləhət görüb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.