RUSİYA

Rusiya ilə Azərbaycan sərhədindəki məntəqənin yenidən qurulması 2023-cü ildə başa çatacaq

Overçuk bildirib ki, 2022-ci ildən Rusiya-Azərbaycan sərhədində daha bir nəzarət-buraxılış məntəqəsi - Taqirkent-Kazmalyar yenidən qurulduqdan sonra Azərbaycanla sərhəddə növbə yaranmayıb.
Sputnik
BAKI, 30 oktyabr – Sputnik. Rusiya-Azərbaycan sərhədindəki Yaraq-Kazmalyar keçid məntəqəsinin yenidən qurulması bu il ərzində başa çatdırılacaq. TASS xəbər verir ki, bu barədə Rusiya baş nazirinin müavini Aleksey Overçuk Moskvada keçirilən Beynəlxalq Gömrük Forumunda bildirib.

"Bu il biz Azərbaycanla sərhədimizdə yerləşən Yaraq-Kazmalyar keçid məntəqəsinin də yenidən qurulmasını başa çatdırırıq", - Overçuk jurnalistlərin sualını cavablandırarkən deyib.

Aleksey Overçuk, arxiv
Rusiya Federasiyası baş nazirinin müavininin sözlərinə görə, 2022-ci ildən Rusiya-Azərbaycan sərhədində daha bir keçid məntəqəsi Taqirkent-Kazmalyar yenidən qurulduqdan sonra Azərbaycanla sərhəddə növbə yaranmayıb.
Overçuk Gürcüstanla sərhəddə yerləşən "Yuxarı Lars" keçid məntəqəsinin yenidən qurulmasının nəticələrini də yüksək qiymətləndirib, bunun sayəsində onun keçid qabiliyyətinin əhəmiyyətli dərəcədə artdığını bildirib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.