BAKI, 30 oktyabr — Sputnik. Qəzza zolağında baş verənlər ABŞ-ın xarici siyasətinin uğursuzluğudur və Vaşinqtonun təcrid olunmasını göstərir. Bunu İran Məclisinin (parlament) milli təhlükəsizlik və xarici siyasət komissiyasının sədri Vahid Cəlalzadə LDPR lideri Leonid Slutski və Rusiya Dövlət Dumasının Müdafiə Komitəsinin rəhbəri Andrey Kartapolov ilə görüşdə deyib.
"Hazırda Qəzzada baş verən hadisələr amerikalıların nə qədər təcrid olunduğunu çox gözəl nümayiş etdirir. Mənə elə gəlir ki, bu, ABŞ-ın xarici siyasəti üçün çox böyük uğursuzluqdur", - o, bildirib.
Cəlalzadənin fikrincə, İran və Rusiya beynəlxalq arenada birgə hərəkət etsələr və öz hərəkətlərini əlaqələndirsələr, ümumilikdə Qərbin, xüsusən də ABŞ-ın iradəsinə qalib gələ, onları sındıra biləcəklər.
"Biz bunu Suriyada çox yaxşı göstərdik", - siyasətçi vurğulayıb.
İranlı deputat həmçinin Fələstin-İsrail münaqişəsinin həlli ilə bağlı ABŞ-ın qətnamə layihəsinə veto qoyan Rusiyaya BMT-dəki mövqeyinə görə təşəkkür edib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.