RUSİYA

Mişustin Rusiya banklarında sadələşdirilmiş qaydada hesab açmaqla bağlı yenilikdən danışıb

Diplomat qeyd edib ki, xüsusilə bu tədbir Belarus, Qazaxıstan, Braziliya, Hindistan, Çin, Səudiyyə Ərəbistanı və Türkiyə vətəndaşlarına şamil ediləcək.
Sputnik
BAKI, 30 oktyabr — Sputnik. Vətəndaşların və hüquqi şəxslərin Rusiya banklarında sadələşdirilmiş qaydada hesab və depozit aça biləcək ölkələrin siyahısını müəyyən edən sərəncam imzalanıb.
Bunu Rusiyanın Baş naziri Mixail Mişustin bazar ertəsi baş nazir müavinləri ilə görüşdə deyib.

"İmzalanmış sərəncamda vətəndaşların və hüquqi şəxslərin Rusiya banklarında sadələşdirilmiş qaydada hesab və depozit aça biləcək 25 ölkənin siyahısı müəyyən edilib", - deyə Rusiyanın Baş naziri bildirib.

Mişustin qeyd edib ki, xüsusilə bu tədbir Belarus, Qazaxıstan, Braziliya, Hindistan, Çin, Səudiyyə Ərəbistanı və Türkiyə vətəndaşlarına şamil ediləcək.
"Bunun üçün xarici vətəndaşlar Rusiyaya daxil olmazdan əvvəl öz ölkələrində olan kredit təşkilatına lazımi sənədlər paketini təqdim etməlidirlər. Gəldikdən sonra onlar banklarımızda ödənişlər edə biləcəklər", - deyə o qeyd edib.
Baş nazirin sözlərinə görə, bu qərar dost dövlətlərdən olan vətəndaşların və təşkilatların Rusiya bazarında iş fəaliyyətini asanlaşdırmalıdır.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.