SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Ceyhun Bayramov BƏƏ-yə rəsmi səfərə yola düşüb

BƏƏ-nin xarici işlər naziri Şeyx Abdullah bin Zayed Əl Nəhyanın dəvəti əsasında baş tutan səfər çərçivəsində yüksək səviyyəli görüşlərin keçirilməsi nəzərdə tutulur.
Sputnik
BAKI, 30 oktyabr — Sputnik. Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) paytaxtı Əbu-Dabi şəhərinə rəsmi səfərə yola düşüb.
Bu barədə Xarici işlər Nazirliyi məlumat yayıb.
BƏƏ-nin xarici işlər naziri Şeyx Abdullah bin Zayed Əl Nəhyanın dəvəti əsasında baş tutan səfər çərçivəsində yüksək səviyyəli görüşlərin keçirilməsi nəzərdə tutulur.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.