BAKI, 29 oktyabr — Sputnik. Macarıstanın xarici işlər naziri Peter Siyyarto İsrail ilə Fələstinin HƏMAS hərəkatı arasındakı münaqişənin ölkələr arasında müharibəyə çevrilməsinin qarşısını almağa çağırıb.
Diplomat qeyd edib ki, İsrail-Fələstin münaqişəsi zamanı terrorla mübarizə aparılır. Siyyarto Afrikada mövcud terror təhlükəsini də xatırladıb.
“Yaxın Şərqdə ölkələr arasında müharibə başlayarsa, buna Afrikada artan terror təhlükəsini, Ukraynadakı münaqişəni əlavə edin - o zaman biz tamamilə gözlənilməz bir şeyə çox yaxın olacağıq. Beləliklə, bu, bizim qaçmaq istədiyimiz bir vəziyyətdir”, - deyə Macarıstanın xarici işlər naziri bildirib.
Bundan əvvəl Belarus Prezidenti Aleksandr Lukaşenko Yaxın Şərqdə üçüncü dünya müharibəsinin başlaya biləcəyi ilə bağlı fikir bildirmişdi