DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Netanyahu İsrail xüsusi xidmət orqanlarından üzr istəyib

İsrailin Baş naziri cəbhədə olan və savaşan bütün güc strukturlarının rəhbərlərini tam dəstəklədiyini açıqlayıb.
Sputnik
BAKI, 29 oktyabr - Sputnik. İsrail Baş naziri Binyamin Netanyahu kəşfiyyat orqanlarının onu HƏMAS-ın hücuma hazırlaşması barədə xəbərdar etməməsi ilə bağlı X sosial şəbəkəsində yazdığı, daha sonra sildiyi paylaşıma görə üzr istəyib.
Binyamin Netanyahu X sosial şəbəkəsindəki yeni paylaşmında bildirib ki, İsrail xüsusi xidmət orqanlarını günahlandırmaqla səhv edib.
İsrail Baş naziri buna görə üzr istəyib: “Mən cəbhədə olan və savaşan bütün güc strukturlarının rəhbərlərini tam dəstəkləyirəm. Baş Qərargah rəisini, bütün komandirləri və əsgərləri dəstəkləyirəm. Biz birlikdə qalib gələcəyik”.