DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Mayk Pens ABŞ-da prezidentlik yarışından çıxıb

Pens əmin edib ki, mühafizəkar dəyərlər uğrunda mübarizəni heç vaxt dayandırmayacaq.
Sputnik
BAKI, 29 oktyabr - Sputnik. Amerikanın keçmiş vitse-prezidenti Mayk Pens ölkədəki seçki yarışında iştirakını dayandırmaq qərarına gəli1b.
“Report” xəbər verir ki, o, bunu Las-Veqasda çıxışı zamanı bildirib.
Pens əmin edib ki, mühafizəkar dəyərlər uğrunda mübarizəni heç vaxt dayandırmayacaq.
“Mən ölkədəki hər bir seçkili vəzifəyə prinsipial Respublikaçı liderləri seçmək üçün mübarizəmi heç vaxt dayandırmayacağam. Həmişə bunun qeyri-bərabər döyüş olacağını bilirdik. Amma heç nəyə peşman deyiləm”.