BAKI, 29 oktyabr — Sputnik. Fələstinin radikal HƏMAS hərəkatı bütün girovların azad edilməsi və ölənlərin cəsədlərinin qaytarılması müqabilində İsrailin atəşkəs yaratmaq təklifindən imtina edib.
Bu barədə “Al Arabiya” telekanalı mənbələrə istinadən məlumat yayıb.
Onlar İsrailin Misir və Qətərin vasitəçiliyi ilə HƏMAS ilə danışıqlar apardığını bildiriblər. Danışıqlarlar zamanı hərəkat nümayəndələri İsrailin təklifini rədd edərək, fələstinli məhbusların azad edilməsini tələb ediblər.
Bundan əlavə, qeyd edildiyi kimi, HƏMAS uzunmüddətli atəşkəs istəyib. Lakin İsrail bu təklifə cavab verməkdən imtina edib.
İsrail Müdafiə Qüvvələrinin məlumatına görə, HƏMAS 229 nəfəri girov saxlayır.
Bundan əvvəl HƏMAS Siyasi Bürosunun üzvü Musa Əbu Mərzuk demişdi ki, hərəkat əsir götürülən bütün mülki girovları azad etməyə hazırdır, lakin İsrailin hava hücumları buna imkan vermir.