BAKI, 29 oktyabr — Sputnik. Mayk Consonun ABŞ Nümayəndələr Palatasının spikeri vəzifəsinə gəlişi Ukrayna üçün “çox pis xəbərdir”.
“SVT” telekanalı bu barədə xəbər verib.
Kanalın müxbiri Fuad Yusefi qeyd edib ki, bu, ABŞ-ın köməyindən asılı olan Ukrayna üçün həyəcanverici siqnaldır.
O, ölkənin Kiyevə dəstəyi ilə bağlı ABŞ-da mövcud olan siyasi fikir ayrılıqlarını xatırladıb və Consonun dəfələrlə onun davam etdirilməsinin əleyhinə səs verdiyini qeyd edib.
Siyasətçinin Konqresin aşağı palatasına spiker seçilməsi ABŞ-dan Ukraynaya yardımın kəsilməsi ilə bağlı narahatlığı artırıb.
Daha əvvəl məlumat verilmişdi ki, Conson Ağ Evdən Kiyevə yardım üçün xərclənən vəsaitlər, eləcə də Ukrayna ilə bağlı gələcək tədbirlər planı barədə hesabat təqdim etməyi tələb edib.