BAKI, 29 oktyabr — Sputnik. Almaniya hökuməti qeyri-qanuni miqrasiya ilə mübarizəyə yönəlmiş tədbirlər kompleksini təsdiqləyib.
“Associated Press” xəbər verib ki, Bundestaq tərəfindən yeni normaların qəbulundan sonra çağırılmamış qaçqınlardan qurtulmaq asanlaşacaq.
Yeni proqramın əsas məqamı qeyri-qanuni mühacirlərin deportasiyası prosesinin sürətləndirilməsi, həmçinin miqrantların deportasiya mərkəzlərində saxlanıla bilmə müddətinin uzadılması olub.
“Əsas sığınacaq hüququnu qorumaq üçün qeyri-qanuni miqrasiyanı əhəmiyyətli dərəcədə məhdudlaşdırmalıyıq. Qalmaq hüququ olmayanlar ölkəmizi tərk etməlidir. Bu il repatriasiyaların sayı ötən ilin eyni dövrü ilə müqayisədə artıq, təxminən 27% çoxdur. Bununla belə, tədbirlərə ehtiyac hələ də böyükdür”, - deyə Almaniyanın daxili işlər naziri Nensi Fezer bildirib.
Xarici siyasət idarəsinin rəhbəri onu da vurğulayıb ki, ölkə hakimiyyəti milli təhlükəsizliyə potensial təhlükə yarada biləcək şəxslərin dövlət ərazisindən çıxarılmasına xüsusi diqqət yetirməlidir.
Sığınacaq verilməsindən imtina edilmiş qeyri-qanuni mühacirlərin deportasiyasının sürətləndirilməsi ilə bağlı təkliflərin çox yaxın vaxtlarda parlamentdə təsdiqlənməsi gözlənilir.