BAKI, 29 oktyabr — Sputnik. Gələn ilin martına qədər Ukraynaya 1 milyon mərmi ötürəcəyini vəd edən Avropa İttifaqı tədarük planını yerinə yetirə bilmir.
“Bloomberg” bu barədə mənbələrə istinadən xəbər verib.
Agentliyin məlumatına görə, Aİ 12 ay ərzində Kiyevə sursat tədarük etməyi öhdəsinə götürüb. Lakin bu müddətin yarıdan çoxunu ötdüyü halda mərmi tədarükü planı, təxminən 30% yerinə yetirilib.
Bildirilir ki, artıq bir neçə Avropa ölkəsi planı uzatmaq istəyini bəyan edib.
Bundan əvvəl məlum olub ki, Aİ Ukraynaya gələn il üçün nəzərdə tutulan maliyyə yardımı məbləğinin yalnız yarısını ayırmağa hazırdır.