RUSİYA

Lavrov: Qərb Ukraynadan düzəldilən bədheybətdən qorxmağa başlayır

Rusiyanın xarici işlər naziri vurğulayıb ki, Qərb indi hətta Zelenski və onun müttəfiqlərinin onlara kifayət qədər qulaq asmadığına görə narahatdırlar.
Sputnik
BAKI, 28 oktyabr - Sputnik. Qərb Ukraynada yetişdirilən bədheybətdən artıq qorxmağa başlayıb.
Bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov "BELTA"ya müsahibəsində deyib.
"Qərb indi hətta Zelenski və onun müttəfiqlərinin onlara kifayət qədər qulaq asmadığını və Qərbə qarşı getdikcə daha çox iddialar irəli sürdüklərini nəzərə alsaq, hansı bədheybəti yetişdirdiyindən bir az daha çox qorxmağa başlayır: pul azdır, silah azdır", - deyə Lavrov bildirib.
Bu yaxınlarda Donetskin rəhbərinin müşaviri Yan Qaqin qeyd edib ki, Ukrayna məmurları ABŞ və Avropa ölkələrinin onlardan əllərini üzdüklərini anlamağa başlayıblar.