RUSİYA

Lavrov: Avrasiyadakı mövcud münaqişələrin hər hansı biri böyük müharibəyə çevrilə bilər

Rusiya xarici işlər naziri rəsmi Moskvanın istənilən terror aktını pisləyən mövqeyini xatırladıb.
Sputnik
BAKI, 28 oktyabr - Sputnik. Hazırda Avrasiyada qızışan münaqişələrin hər biri böyük müharibəyə çevrilə bilər.
Bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov "BelTA" agentliyinə müsahibəsində deyib.
"Düşünürəm ki, onların hamısı özünəməxsus şəkildə təhlükəlidir, hər biri böyük müharibəyə səbəb ola bilər. Mən xüsusilə Yaxın Şərqdə baş verənləri nəzərdə tuturam", - Rusiyanın xarici işlər naziri bildirib.
Lavrov qeyd edib ki, söhbət bir neçə qaynar nöqtədən gedir. Bunlar Suriya, Yəmən və Liviyadır. Son zamanlar Fələstin məsələsi xüsusilə kəskinləşib. Nazir onu da əlavə edib ki, Rusiya Prezidenti Vladimir Putin Moskvanın mövqeyini açıq şəkildə ifadə edib, o, heç bir terror aktını qəti şəkildə qəbul etmir və pisləyir.
"Ancaq terrorizmi qınasaq da, biz, mülki əhalinin olduğu məlum olan obyektlərə fərq qoymadan güc tətbiq etmək, habelə girov götürmək də daxil olmaqla beynəlxalq humanitar hüquq normalarını pozmaqla terrorizmə cavab verilə biləcəyinə qəti şəkildə razı deyilik", - deyə Lavrov vurğulayıb.
Hərbi jurnalist Aleksey Borzenko "Komsomolskaya pravda" radiosunun efirində İsrailin yerüstü əməliyyatına başladığını xatırladıb. Ekspert izah edib ki, hücumun necə, hansı qəzəb və qəddarlıqla gedəcəyi, digər ərəb ölkələrinin Fələstin tərəfdən bu prosesə daxil olub-olmayacağından asılıdır.
Bu yaxınlarda Belarus Prezidenti Aleksandr Lukaşenko deyib ki, üçüncü dünya müharibəsi Yaxın Şərqdəki münaqişə ilə başlaya bilər. Belarus liderinin fikrincə, bu, əgər İsrail və ABŞ İranla döyüşə başlasa baş verəcək.