PAYTAXT XƏBƏRLƏRİ

Gənclər üçün Bakı Dövlət Sirkində boş iş yerləri var

Özündə bacarıq, istedad hiss edən, fiziki cəhətdən sağlam gənclər işlə bağlı Bakı Dövlət Sirkinə müraciət edə bilərlər.
Sputnik
BAKI, 28 oktyabr — Sputnik. Özündə bacarıq, istedad hiss edən, fiziki cəhətdən sağlam gənclər işlə bağlı Bakı Dövlət Sirkinə müraciət edə bilərlər. AZƏRTAC-ın xəbərinə görə bunu BDS-nin direktor əvəzi Nahid Ağayev deyib.
O bildirib ki, sirk sahəsinə əsasən yeniyetmələr, gənclər gəlirlər:

"Dəfələrlə işə qəbulla bağlı müsabiqələr elan etmişik və nəticədə bəzi yeniyetmələr sirkə cəlb olunub. Bunlar əsasən idmançılar, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin tələbələri olur".

"Bizim özümüzdə məktəb olmasa da peşəkar sirk ustaları gəncləri əsl mütəxəssis kimi yetişdirə bilir. Hazırda sirkdə boş iş yerləri var. Bir daha gənclərə müraciət edirəm - özündə bacarıq, istedad hiss edən, fiziki cəhətdən sağlam gənclər işlə bağlı Bakı Dövlət Sirkinə müraciət edə bilərlər", - deyə o əlavə edib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.