BAKI, 28 oktyabr - Sputnik. Fələstin Milli Administrasiyası (FMA) Qəzza zolağında əlaqəni bərpa etmək üçün Starlink xidmətləri üzrə danışıqlar aparır.
Bu barədə FMA-nın rabitə naziri İshak Sadr "Əl-Hədath" telekanalına məlumat verib.
"Biz Qəzza zolağı ilə əlaqə qurmaqdan ötrü Starlink xidmətlərini əldə etmək üçün beynəlxalq təşkilatlarla hərəkətlərimizi koordinasiya edirik" - nazir bildirib.
Bu yaxınlarda "RT Arabic"in rəhbəri Maya Manna Qəzza zolağında bütün hərbi müxbirlərlə və "RT" operatorları ilə əlaqənin kəsildiyini söyləyib.
Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Gebreyesus da ÜST-nin Qəzza zolağındakı əməkdaşları ilə əlaqəni itirdiyini bildirib.