BAKI, 27 oktyabr — Sputnik. Sertifikatlaşdırma prosesinin müsahibə nəticələri barədə məlumat müəllimlərin şəxsi kabinetlərinə göndərilib.
Təhsil İnstitutu nəzdində İnsan Resursları Mərkəzindən bildirilib ki, sentyabrın 8-də keçirilmiş təkrar sertifikatlaşdırma müsahibələrində 1376 müəllim uğur qazanıb.
Oktyabrın 14-dək təşkil olunan sertifikatlaşdırma prosesinin müsahibə mərhələsində isə 21 min 883 nəfər müəllim iştirak edib. İştirak edən müəllimlərdən 21 min 784 nəfəri uğur qazanıb. Müsahibələrdə 99 faiz davamiyyət qeydə alınıb.
Qeyd edək ki, sertifikatlaşdırmadan keçmiş 5246 müəllimin vəzifə maaşına 35 faiz, 17914 müəllimin vəzifə maaşına isə 10 faiz artım tətbiq olunacaq.
Sertifikatlaşdırmanın müsahibə mərhələsində iştirak etməyən və ya uğur qazanmayan müəllimlər bir il müddətində iş yeri saxlanılmaqla, təkrar sertifikatlaşdırmanın müsahibə mərhələsində iştirak etmək hüququna malikdirlər.
Müəllimlər portal.edu.az platformasında yerləşən "Sertifikatlaşdırma" bölməsinə daxil olmaqla müsahibə nəticələri ilə tanış ola bilərlər.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.