CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Qızlarınızı erkən yaşda ailə qurmağa məcbur etməyin - Komitə sədri

Heç bir qadın erkən yaşda ailə qurmağa məcbur edilməməli, zorakılığa məruz qalmamalıdır.
Sputnik
BAKI, 27 oktyabr — Sputnik. Qadın erkən yaşda ailə qurmağa məcbur edilməməli, zorakılığa məruz qalmamalıdır. Bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova "Qadın və uşaq hüquqları üzrə qanunvericiliyin təkmilləşdirilməsi: mövcud vəziyyət və yeni çağırışlar" mövzusunda keçirilən ictimai dinləmədə çıxışı zamanı deyib.
Onun sözlərinə görə, dünyada gedən proseslər, həm də Azərbaycanda qadın siyasəti bütün qadınların hüquqlarını qorumağa yönəlmiş siyasətdir:

"Bizim bu istiqamətdəki statistikamız bir çox ölkələrdən daha uğurludur. Düzdür, etiraf edək ki, cəmiyyətdə də bəzi problemlər mövcuddur".

"Heç bir qadın erkən yaşda ailə qurmağa məcbur edilməməli, zorakılığa məruz qalmamalıdır. Cəmiyyətimizin bu mövzudakı sayıqlığı bizi sevindirir və çox zaman onların istəkləri bizim mövqeyimizlə səsləşir", - deyə o əlavə edib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.