CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Qəzaların çoxu sürücülərin telefondan istifadəsinə görə baş verir

Sükan arxasında ani diqqətsizlik sürücünü mənzil başına yox, özünün və doğmalarının arzulamadığı ünvana apara bilər
Sputnik
BAKI, 27 oktyabr — Sputnik. Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi sürücülərə müraciət edib.
Müraciətdə bildirilib ki, son vaxtlar qeydə alınan yol-nəqliyyat hadisələrinin əksəriyyəti sürücülərin sükan​ arxasında diqqəti yayındıran hərəkətlərə, xüsusilə mobil telefondan istifadəyə meyl etmələrinə görə baş verir.
DYP-nin müraciətində qeyd edilib ki, sükan arxasında ani diqqətsizlik sürücünü mənzil başına yox, özünün və doğmalarının arzulamadığı ünvana apara bilər.
Xatırladaq ki, 2022-ci ildə təkcə Bakıda 437 ağır yol-nəqliyyat hadisəsi baş verib ki, nəticədə 188 nəfər ölüb, 355 nəfər xəsarət alıb. Bu, ötən illə müqayisədə 77 hadisə, 23 ölüm halı, 58 xəsarət halı azdır.
Bundan başqa, ötən il Bakıda 269 piyadanı avtomobil vurub, onlardan 134 nəfəri dünyasını dəyişib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.