CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

İnternata göndərilən uşaqların sayı artıb - Dövlət Komitəsi

Uşaqların internata göndərilməsi məsələsi ilə bağlı qarşısı alınacaq tədbirlər görülsə də, internat tipli ümumtəhsil müəssisələri məktəblərinə göndərilən uşaqların sayı artmaqdadır.
Sputnik
BAKI, 27 oktyabr — Sputnik. İnternat tipli məktəblərə uşaqların göndərilməsi hallarının artması bizi narahat edir.
Bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə dövlət Komitəsi Aparatının rəhbəri Ceyran Rəhmətullayeva “Qadın və uşaq hüquqları üzrə qanunvericiliyin təkmilləşdirilməsi: mövcud vəziyyət və yeni çağırışlar” mövzusunda keçirilən ictimai dinləmədə çıxışı zamanı deyib.
Onun sözlərinə görə, Azərbaycanda uşaqların internata göndərilməsi məsələsi ilə bağlı qarşısı alınacaq tədbirlər görülsə də, bütün bunlara baxmayaraq, təəssüf ki, internat tipli ümumtəhsil müəssisələri məktəblərinə göndərilən uşaqların sayı artmaqdadır:
"Belə ki, bu say 2021-ci ildə 9 960, 2022-ci ildə isə 1062 şagird olub”.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.