BAKI, 27 oktyabr — Sputnik. Rejissor Ərturan Nəcəfi Gölün "Novruznamə" qısametrajlı filmi 8-ci Beynəlxalq Türk Dünyası Sənədli Film Festivalının "Ən yaxşı qısametrajlı sənədli film" nominasiyasında qalib olub.
Rejissorun Sputnik Azərbaycan-a xəbər verir ki, bu il Ankarada gerçəkləşən festivalın məqsədi türk dünyasının ortaq mədəni dəyərlərini və tarixini tanıtmaqdır.
"Novruz" filmi "Urmiya Gənc Kinematoqrafçılar Dərnəyi" ilə "Buta Film"in birgə istehsalıdır.
Novruznamə
© Sputnik
Filmin prodüserləri Sevinc Məmmədova və Ərturan Nəcəfi Göldür. Co-produser isə "Buta Film"in rəhbəri İlqar Nəcəfdir.
Qeyd edək ki, festivalda iştirak edən rejissor Leylaxanım Qənbərlinin "Böyük qırmızı ev" filmi jürinin xüsusi mükafatına layiq görülüb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.