CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Komitəyə nazirlik statusu verilməsi təklif olunur

T.İbrahimova bildirib ki, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin statusu ona müəyyən səlahiyyətlər verməklə aydın müəyyənləşdirilməli və nazirlik statusu almalıdır.
Sputnik
BAKI, 27 oktyabr — Sputnik. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinə nazirlik statusu verilməsi təklif olunur.
"Report"un xəbərinə görə, bu fikri Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Hüquqi-təminat şöbəsinin müdiri Taliyə İbrahimova "Qadın və uşaq hüquqları üzrə qanunvericiliyin təkmilləşdirilməsi: mövcud vəziyyət və yeni çağırışlar" mövzusunda keçirilən ictimai dinləmədə çıxışı zamanı səsləndirib.
Qurum rəsmisi bildirib ki, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin statusu ona müəyyən səlahiyyətlər verməklə aydın müəyyənləşdirilməli və sahəsi üzrə nazirlik statusu almalıdır.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.