BAKI, 27 oktyabr — Sputnik. Fransanın "Vətənpərvərlər" Partiyasının lideri Florian Filippo Fransa hökumətini Kiyev rejimini dəstəkləmək üçün ayrılan vəsaiti dayandırmağa, bu pulları xəstəxanaların ehtiyaclarına və pensiyaların ödənilməsinə yönəltməyə çağırıb.
Bu barədə Rusiya mediası siyasətçinin "X" sosial şəbəkəsindəki səhifəsindəki yazısına istinadən xəbər verib.
"Avropa Komissiyasının yeni press-relizində deyilir: "Komissiya Ukraynaya əlavə 1,5 milyard avro verir!" Bu Zelenski rejiminə aylıq ödənişdir! Bu o deməkdir ki, Fransa daha 300 milyon avro verəcək", - deyə Filippo qeyd edib.
Siyasətçi əlavə edib ki, İsraildə müharibənin gərginləşməsi səbəbindən Ukraynadakı münaqişədən getdikcə daha az danışılır, lakin Kiyevə dəstək üçün pullar hələ də ayrılmağa davam edir.
"Dayanın!", - deyə siyasətçi Fransa hökumətinə səslənib.
"CNN" jurnalisti Stiven Kollinson hesab edir ki, ABŞ-ın siyasi elitaları Vaşinqtonu getdikcə daha çox Ukraynaya dəstəkləməkdən imtina etməyə və diqqəti İsraildəki müharibəyə yönəltməyə çağıracaqlar.
ABŞ-ın "Military Watch Magazine" hərbi nəşri qeyd edib ki, Fələstin-İsrail münaqişəsinin kəskinləşməsi fonunda ABŞ hətta Ukraynanı Rusiya ilə sülh danışıqlarına girməyə məcbur edə bilər.