CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Cinsi zorakılığa məruz qalan uşaqların məhkəmədə dindirilməməsi təklif olunur

BMT-nin CEDAW Komitəsinin tövsiyələrində uşaqların məhkəmə qarşısına çıxarılıb danışdırılması müsbət hal kimi qarşılanmır.
Sputnik
BAKI, 27 oktyabr — Sputnik. Azərbaycanda cinsi zorakılığa məruz qalan uşaqların məhkəmədə dindirilməməsi təklif olunur.
"Report"un xəbərinə görə, bu barədə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Aparat rəhbəri Ceyran Rəhmətullayeva "Qadın və uşaq hüquqları üzrə qanunvericiliyin təkmilləşdirilməsi: mövcud vəziyyət və yeni çağırışlar" mövzusunda keçirilən ictimai dinləmədə çıxışı zamanı deyib.
Onun sözlərinə görə, BMT-nin CEDAW Komitəsinin tövsiyələrində uşaqların məhkəmə qarşısına çıxarılıb danışdırılması müsbət hal kimi qarşılanmır:

"Xüsusilə, cinsi zorakılığa məruz qalan uşaqlar bir pəncərə sistemi vasitəsilə məhkəmə qarşısına çıxarılmadan dindirilməlidir".

Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.