RUSİYA

Baş nazir "beşlik" ölkələrinin rəqəmsal transformasiyasını müzakirə etməyi təklif edib

O qeyd edib ki, prioritet vəzifələrin əksəriyyətində Aİİ ölkələrində irəliləyiş var və bu ideyaların həyata keçirilməsi üçün hələ də görülməli olan işlərə dair ümumi baxış var.
Sputnik
BAKI, 27 oktyabr — Sputnik. Rusiya Federasiyasının Baş naziri Mixail Mişustin Avrasiya Hökumətlərarası Şurasının Bişkekdə dar tərkibdə keçirilən iclasında beş ölkənin texnoloji suverenliyinin gücləndirilməsi və rəqəmsal transformasiyanın müzakirəsini təklif edib.
"Biz inteqrasiyamızın inkişafının bütün əsas məsələləri üzrə qarşılıqlı fəaliyyəti müzakirə edəcəyik. Bu il İttifaqın orqanlarına Rusiya sədrlik edir və bu gün biz Rusiya prezidentinin prioritetlər kimi müəyyən etdiyi təşəbbüsləri nəzərdən keçirəcəyik. Bu, ilk növbədə, eş ölkənin texnoloji suverenliyi və rəqəmsal transformasiyasının gücləndirilməsidir" - Mişustin bildirib.
O qeyd edib ki, prioritet vəzifələrin əksəriyyətində Aİİ ölkələrində irəliləyiş var və bu ideyaların həyata keçirilməsi üçün hələ də görülməli olan işlərə dair ümumi baxış var. Rusiyanın baş naziri vurğulayıb ki, birgə fəaliyyətin nəticələri beş ölkənin vətəndaşları və biznes nümayəndələri tərəfindən hiss edilməlidir.
Mişustin əlavə edib: "Əsas sənayelərin inkişafına kömək etmək və əsas iqtisadi göstəriciləri artırmaq bizim diqqət mərkəzində saxlayacağımız sahələrdir".