RUSİYA

XİN: Rusiya Azərbaycan və Ermənistan başçılarını qəbul etməyə hazırdır

Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsinin sözlərinə görə, belə bir görüşün tamhüquqlu üçtərəfli sammitə gətirib çıxarmaq perspektivi olacaq.
Sputnik
BAKI, 26 oktyabr - Sputnik. Moskva, siyasi iradə olarsa, üçtərəfli sammitə qatılmaq perspektivi ilə Ermənistan və Azərbaycanın xarici işlər nazirlərini qəbul etməyə hazırdır. Bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib.
“Siyasi iradə olarsa, biz tamhüquqlu üçtərəfli sammitə daxil olmaq perspektivi ilə Ermənistan və Azərbaycan xarici işlər nazirlərini Rusiya ərazisində qəbul etməyə hazırıq”, - Zaxarova cümə axşamı keçirdiyi brifinqdə deyib.