BAKI, 25 oktyabr — Sputnik. Çin Birləşmiş Ştatlar ilə münasibətləri qarşılıqlı hörmət, dinc yanaşı yaşama və əməkdaşlıq prinsipləri əsasında qurmağa davam edəcək. Bu sözləri Pekində ABŞ-ın Kaliforniya ştatının qubernatoru Qevin Nyusom ilə görüşü zamanı Çin prezidenti Si Cinpin deyib.
"Çinin ABŞ-a qarşı siyasəti hər zaman qarşılıqlı hörmət, dinc yanaşı yaşama və qarşılıqlı faydalı əməkdaşlığa riayət etmək olub. Çin bu istiqamətdə fəaliyyətini davam etdirəcək və ABŞ-ın da Çinə doğru belə hərəkət edəcəyinə ümid edir", - Çin lideri bildirib.
Si Cinpin əvvəllər dəfələrlə vurğulayıb ki, bəşəriyyətin gələcəyi və taleyi ABŞ və Çinin düzgün birgəyaşayış yolunu tapa bilib-bilməməsindən asılı olacaq.
Bundan əvvəl Çin Xarici İşlər Nazirliyi rəhbəri Van İnin oktyabrın 26-28-də ABŞ-a səfər edəcəyini açıqlamışdı.