DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

İraqdakı şiə qruplaşmaları ABŞ bazasına raket zərbələri endirib - KİV

ABŞ Mərkəzi Komandanlığı bildirib ki, 20-dən çox amerikalı hərbçi onların Yaxın Şərqdəki bazalarına hücumların artması nəticəsində yaralanıb.
Sputnik
BAKI, 26 oktyabr — Sputnik. Şiə silahlı qruplaşmalarının İraq İslami Müqavimət hərəkatı ABŞ-ın Suriyanın Həsəkə əyalətində yerləşən Əl-Şəddadi hərbi bazasına raket zərbələri endirib. Bu barədə Əl-Mayadeen" telekanalı mənbələrə istinadən xəbər verib.
"İraqdakı İslam müqaviməti Əl-Şəddadidəki ABŞ hərbçilərinə raket hücumu həyata keçirib", - telekanal xəbər verir.
Bundan əvvəl ABŞ Mərkəzi Komandanlığı RİA Novosti-yə bildirib ki, 20-dən çox amerikalı hərbçi onların Yaxın Şərqdəki bazalarına hücumların artması nəticəsində yaralanıb.
Pentaqonun məlumatına görə, oktyabrın 17-dən oktyabrın 24-dək Qəzza zolağında münaqişənin alovlandığı bir vaxtda İranla əlaqəsi olduğu güman edilən silahlı qruplar İraqdakı ABŞ əsgərlərinə raket və pilotsuz uçuş aparatları ilə on dəfə, Suriyada isə üç dəfə hücum edib.