DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

İran yeni texnologiyaların inkişafı üçün birgə fond yaratmağı təklif edir

İran rəsmisi bildirib ki, Şanxay Əməkdaşlıq Təşkilatına üzv ölkələr müasir texnologiyaların inkişafı və yayılmasına diqqət yetirməlidirlər.
Sputnik
BAKI, 26 oktyabr — Sputnik. İran Şanxay Əməkdaşlıq Təşkilatına (ŞƏT) üzv olan ölkələrin müasir texnologiyalar sahəsində layihələri maliyyələşdirmək üçün birgə fond yaratmasını təklif edir. Bunu İranın birinci vitse-prezidenti Məhəmməd Mohber ŞƏT-ə üzv dövlətlərin Hökumət Başçıları Şurasının geniş tərkibdə iclasında deyib.
"Şanxay Əməkdaşlıq Təşkilatına üzv ölkələr müasir texnologiyaların inkişafı və yayılmasına diqqət yetirməlidirlər. Bu baxımdan İran təşkilatımızın ölkələrində müvafiq layihələri maliyyələşdirmək üçün yeni texnologiyaların inkişafı üçün birgə fond yaratmağı təklif edir", - o deyib.
Mohberlə yanaşı, Rusiyanın baş naziri Mixail Mişustin, Qazaxıstan, Çin, Tacikistan və Özbəkistanın hökumət başçıları, Hindistan və Pakistanın xarici işlər nazirləri iclasda iştirak edirlər. İclasda səkkiz iştirakçı ölkənin hamısının nümayəndələri iştirak edir.
Görüşə həmçinin müşahidəçi dövlət kimi çıxış edən Belarus və Monqolustanın baş nazirləri, sədrlik edən tərəfin qonağı qismində Türkmənistanın ali nümayəndəsi və bir sıra tərəfdaş beynəlxalq təşkilatların icra orqanlarının rəhbərləri dəvət olunub.