BAKI, 26 oktyabr — Sputnik. Tehran 2024-cü ildə Şanxay Əməkdaşlıq Təşkilatına (ŞƏT) üzv ölkələrin sərmayədarlardan ibarət işçi qrupunun və sənaye nazirlərinin görüşünə ev sahibliyi etməyə hazır olduğunu bəyan edir. Bunu ŞƏT ölkələrinin Hökumət Başçıları Şurasının iclasında İranın birinci vitse-prezidenti Məhəmməd Moxber deyib..
"İranın gələn il investorlardan ibarət işçi qrupuna və sənaye nazirlərinin iclasına ev sahibliyi etməyə hazır olduğunu bəyan etməyi zəruri hesab edirəm", - Moxber bildirib.
Vitse-prezident ŞƏT üzvləri arasında enerji, texnologiya, sənaye, kənd təsərrüfatı, ticarət kimi sahələrdə əməkdaşlığın banklararası mübadilə mexanizmləri və ŞƏT-in maliyyələşdirilməsi vasitəsilə genişləndirilməsinin vacibliyini yüksək qiymətləndirib.
Oktyabrın 26-da Qırğızıstanın paytaxtında Rusiyanın baş naziri Mixail Mişustinin iştirakı ilə Şanxay Əməkdaşlıq Təşkilatına üzv ölkələrin Hökumət Başçıları Şurasının iclası keçirilir. Tədbirdə təşkilatın bütün doqquz ölkəsinin nümayəndələri iştirak edir. Rusiyanın baş naziri Mixail Mişustin, Özbəkistanın Nazirlər Kabinetinin rəhbəri Abdulla Aripov, Qazaxıstanın baş naziri Əlixan Smailov, Belarus hökumətinin başçısı Roman Qolovçenko, Çin Dövlət Şurasının baş naziri Li Tsyan və İranın vitse-prezidenti Məhəmməd Moxber Bişkekə gəliblər.
Həmçinin cümə axşamı Bişkekdə Avrasiya Hökumətlərarası Şurasının və MDB Hökumət Başçıları Şurasının iclasları keçiriləcək. Qırğızıstan Daxili İşlər Nazirliyinin daha əvvəl bildirib ki, tədbirlər zamanı möhtərəm qonaqların təhlükəsizliyi 4 minə yaxın hüquq-mühafizə orqanlarının əməkdaşı tərəfindən təmin ediləcək. Tədbirlər zamanı Qırğızıstan paytaxtının bütün təhsil müəssisələri onlayn təhsilə keçirilib.