DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Qazaxıstan BMT Təhlükəsizlik Şurasının genişləndirilməsinin tərəfdarıdır

BMT Təhlükəsizlik Şurasındakı durğunluq fonunda Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev bu universal təşkilatın ən nümayəndəli orqanı kimi BMT Baş Assambleyasının rolunun gücləndirilməsini zəruri hesab edir.
Sputnik
BAKI, 26 oktyabr — Sputnik. Qazaxıstan BMT Təhlükəsizlik Şurasının tərkibinin qlobal Cənubun nümayəndələrini daxil etməklə genişləndirilməsinin tərəfdarıdır. Bunu Qazaxıstanın xarici işlər nazirinin müavini Roman Vasilenko bildirib.
O qeyd edib ki, BMT Təhlükəsizlik Şurasındakı durğunluq fonunda Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev bu universal təşkilatın ən nümayəndəli orqanı kimi BMT Baş Assambleyasının rolunun gücləndirilməsini zəruri hesab edir.
"BMT Təhlükəsizlik Şurasının islahatına gəldikdə, Qazaxıstan hesab edir ki, bu ən mühüm orqan dünyanın bütün regionlarını təmsil edən dövlətlərlə, o cümlədən "qlobal cənub" adlanan dövlətlər hesabına formalaşmalıdır", - Vasilenko deyib.