BAKI, 26 oktyabr — Sputnik. Oktyabrın 26-da 230 MVt gücündə Qaradağ Günəş Elektrik Stansiyasının rəsmi açılış mərasimi olub. Sputnik Azərbaycan AZƏRTAC-a istinadən xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mərasimdə iştirak edib.
Qeyd edək ki, 2022-ci ilin mart ayının 15-də Birləşmiş Ərəb Əmirliklərinin "Masdar" şirkəti tərəfindən Azərbaycanda inşa ediləcək 230 MVt gücündə Qaradağ Günəş Elektrik Stansiyasının Gülüstan sarayında təməlqoyma mərasimi keçirilib. bu böyük layihənin icraçısı dünyada tanınmış və bu sahədə böyük təcrübəsi olan "Masdar" şirkətidir."Masdar" şirkəti bizim üçün dost ölkəni - Birləşmiş Ərəb Əmirliklərini təmsil edir.
Məlumat üçün onu da bildirək ki, Azərbaycan 2030-cu ilə qədər bərpaolunan enerji sahəsində quraşdırılmış güclərin 30 faizə qədər artırılması kimi mühüm məqsədləri öz qarşısına qoyub.