BAKI, 26 oktyabr — Sputnik. Rusiya kənd təsərrüfatı sektorunda lider mövqe tutmağa davam edir. Kənardan müdaxilə edən çətinliklərə baxmayaraq, Rusiya Federasiyası 2023-cü ildə yaxşı məhsul əldə etməyə ümid edir.
Bunu Rusiya Federasiyasının Baş naziri Mixail Mişustin ŞƏT-ə üzv dövlətlərin hökumət başçıları şurasının genişləndirilmiş tərkibdə iclasında çıxış edərkən bildirib.
"Rusiya kənardan müdaxilə edən çətinliklərə baxmayaraq kənd təsərrüfatı sektorunda lider mövqeyini tutmaqda davam edir. Nəzərinizə çatdırım ki, keçən il taxıl istehsalımız rekord həddə - 158 milyon tona çatıb. Biz hazırda da yaxşı məhsula ümid edirik", - deyə Mişustin sözünə davam edib.
O, ŞƏT ölkələrinin müvafiq nazirlik və idarələrinin bu istiqamətdə, xüsusən də "ağıllı" kənd təsərrüfatı və aqroinnovasiyalarla bağlı daha fəal işə başlayacağına əminliyini ifadə edib.
"Vətəndaşlarımızın keyfiyyətli ərzaq əldə etməsini təmin etmək üçün birlikdə lazım olan hər şeyi edək. Nəhayət, nəzərinizə çatdırım ki, dünya əhalisinin 40 faizindən çoxu Şanxay Əməkdaşlıq Təşkilatının ərazisində yaşayır", - deyə Mişustin əlavə edib.