DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Misirin keçmiş xarici işlər naziri ərəb dünyasında Qərbin nüfuzunun korlandığını bildirib

Qərb ölkələri dəhşətli və açıq-aşkar ikili standartlar tətbiq edir.
Sputnik
BAKI, 26 oktyabr — Sputnik. Qərb ərəb dünyasında nüfuzunu aşağı salmaq üçün əlindən gələni edir.
Bu sözləri "RİA Novosti"yə müsahibəsində Misirin keçmiş xarici işlər naziri Nabil Fəhmi deyib.
Onun sözlərinə görə, Qərb ölkələri dəhşətli və açıq-aşkar ikili standartlar tətbiq edir. Onlar dərhal atəşi pisləməli və hər iki tərəfdən insan tələfatına son qoymağa çağırmalıdırlar. Bundan əlavə, onlar humanitar yardımın çatdırılmasını təşkil etmək və girovların azad edilməsini asanlaşdırmaq üçün tədbirlər görməlidirlər.
"Buna nail olmaq üçün əsas problemə - işğala son qoymaq lazımdır", - deyə Nabil Fəhmi bildirib.
Daha əvvəl köşə yazarı Con Teo bildirmişdi ki, Fələstin-İsrail münaqişəsinin gərginləşməsi və İsrail Müdafiə Qüvvələrinin Qəzza zolağındakı hərəkətləri Qərbin ikiüzlülüyünü ifşa edib.