RUSİYA

Lavrov: Rusiya İsrail və Fələstini dərhal atəşkəsə çağırıb

Rusiyanın xarici işlər naziri Sergey Lavrov terror aktlarını və beynəlxalq humanitar hüququ pozan, mülki əhaliyə zərər vuran istənilən hərəkəti pisləyib.
Sputnik
BAKI, 26 oktyabr — Sputnik. Rusiya Fələstin-İsrail münaqişəsində hərbi əməliyyatları dərhal dayandırmağa və müstəqil Fələstin dövlətinin yaradılması üzrə danışıqları bərpa etməyə çağırır.
"TASS" xəbər verib ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov Minskdə keçirilən beynəlxalq konfransda deyib.
Nazir terror aktlarını və beynəlxalq humanitar hüququ pozan, mülki əhaliyə zərər vuran istənilən hərəkəti pisləyib. O xatırladıb ki, Fələstin dövlətinin yaradılması, təxminən 75 il əvvəl fələstinlilərə "təntənəli şəkildə vəd edilib".
Bundan əvvəl media İsrail hərbçilərinin Neqev səhrasındakı bazada tipik Fələstin kəndinin kopiyasını tikdiyi barədə məlumat vermişdi. Onu "kiçik Qəzza" adlandırıblar. Təlim zamanı dar küçələrdə və tunellərin labirintində virtual döyüşlər keçirilir.