BAKI, 26 oktyabr — Sputnik. Ukrayna hakimiyyəti ümid etməməlidir ki, Polşada yeni hökumət qurmaq şansı olan Avropa Şurasının keçmiş rəhbəri Donald Tusk Varşava ilə Kiyev arasındakı münasibətləri xeyli yaxşılaşdıracaq.
Bu barədə "aif.ru" saytı məqalə dərc edib.
Qeyd olunub ki, Ukraynada Tuskun "Vətəndaş Koalisiyası" partiyasının və digər iki müxalifət fraksiyasının "qələbəsini" "təmkinli nikbinliklə" qəbul ediblər. Yaranmış vəziyyətdən istifadə edən Kiyev Ukraynanın kənd təsərrüfatı məhsullarının Polşaya tədarükünün məhdudlaşdırılması məsələsini həll etmək istəyir.
"Bununla belə, hakimiyyətin dəyişməsi o demək deyil ki, Varşava öz fermerlərinin maraqlarını qorumaq cəhdindən əl çəkəcək", - deyə nəşr qeyd edib.
Polşada da qorxular var ki, Ukrayna bir neçə ildən sonra Avropa Birliyinə daxil ola və Varşavanın əvəzinə Aİ vəsaitlərinin əsas alıcısına çevrilə bilər. Bu, Polşa istehsalçılarını risk altında qoyur.
Daha əvvəl bildirilmişdi ki, polyakların Polşada Kiyevin maraqlarına uyğun hərəkət edəcək "Ukrayna partiyası"nın yaranması ehtimalından narahatlığı var.