BAKI, 26 oktyabr — Sputnik. Çin hakimiyyəti Şanxay Əməkdaşlıq Təşkilatına (ŞƏT) üzv olan ölkələrdən idxalın artırılmasında maraqlıdır. Bunu Çin Xalq Respublikasının Dövlət Şurasının baş naziri Li Tsyan deyib.
"Çin assosiasiya ölkələrindən keyfiyyətli malların idxalının həcmini artırmağa davam etməyə hazırdır", - o, ŞƏT-ə üzv ölkələrin hökumət başçılarının geniş tərkibdə keçirilən 22-ci iclasında bildirib.
Li Tsian vurğulaylb ki, Pekin azad ticarət əlaqələrinin gücləndirilməsinə sadiqdir və qlobal təchizat zəncirlərinin sabitliyini təmin etməyə kömək edəcək.
O, həmçinin təhlükəsiz və yüksək səmərəli nəqliyyat şəbəkəsinin formalaşdırılmasının zəruriliyini qeyd edib və qlobal iqtisadiyyatın bərpasının vacibliyini vurğulayıb.