SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Azərbaycanla yaxın bir neçə ay ərzində sülh müqaviləsi imzalaya bilərik - Paşinyan

Ermənistan Nazirlər Kabinetinin rəhbəri bildirib ki, Azərbaycanla sülh və münasibətlərin nizamlanmasına dair saziş layihəsi üzərində işləyirik.
Sputnik
BAKI, 26 oktyabr — Sputnik. Ermənistan və Azərbaycan bir neçə ay ərzində sülh və münasibətlərin normallaşdırılması haqqında saziş imzalaya bilər. Bunu Tbilisidə keçirilən beynəlxalq İpək Yolu Forumunda çıxışı zamanı Ermənistan Nazirlər Kabinetinin rəhbəri Nikol Paşinyan deyib.
"Biz indi Azərbaycanla sülh və münasibətlərin nizamlanmasına dair saziş layihəsi üzərində işləyirik, ümid edirəm ki, bu proses yaxın bir neçə ay ərzində başa çatacaq", - o deyib.
AZƏRBAYCAN XƏBƏRLƏRİ
Ceyhun Bayramov səfirlərlə Ermənistanla sülh və normallaşma prosesini müzakirə edib