BAKI, 25 oktyabr - Sputnik. Rusiya Müdafiə Nazirliyi gündəlik bülletenlərdə Qarabağdakı bütün yer adlarını Azərbaycanın tarixi toponimləri ilə əvəz edib.
Bugünkü bülletendə "Qarabağ" Azərbaycanın Qarabağ iqtisadi rayonu, "Stepanakert" Xankəndi kimi təqdim olunub.
Bununla yanaşı, "Mardakert" Ağdərə, "Əsgəran" Xocalı, "Martuni" Xocavənd kimi qeyd edilib.
Bundan əvvəl Azərbaycanın Qarabağ regionu ilə bağlı bülletenlərdə SSRİ dövründəki terminlər istifadə edilib.