BAKI, 25 oktyabr — Sputnik. Bu yaxınlarda, Belqorod vilayətinin ərazisində, 1943-cü ildə Kursk döyüşü kimi tarixə düşən böyük döyüşün olduğu Proxorovka kəndinin yaxınlığında aparılan qazıntılar zamanı axtarışçılar bir çox əsgərin, o cümlədən bir yerlimizin qalıqlarını aşkar ediblər. Bu, Azərbaycanın Gəncə şəhərindən olan Əhməd Həsənovdur (1913-cü il təvəllüdlü).
Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan yeparxiyasının katibi, arximandrit Aleksi (Nikonorov) sosial şəbəkədəki səhifəsində müvafiq məlumatı paylaşıb.
Arxiv məlumatlarına görə Əhməd Həsənov 1943-cü ilin iyulunda Kursk vilayətinin Belenixinski rayonunun Maloyablonovo kəndi yaxınlığında itkin düşüb.
Aleksi Ata sosial şəbəkə istifadəçilərinə müraciət edərək mərhum əsgərin külünü vətənində dəfn olunmaq üçün onun yaxınlarının tapılmasına köməklik göstərməyə çağırıb.