BAKI, 25 oktyabr — Sputnik. Ermənistanda Kanada səfirliyinin açılışı olub.
Sputnik Ermənistan-ın xəbərinə görə, səfirliyin açılış mərasimində Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan və İrəvanda səfərdə olan Kanadanın xarici işlər naziri Melani Coli iştirak edib.
Mərasimə Kanadanın Ermənistandakı ilk səfiri Endryu Törner də qatılıb.
Qeyd edək ki, Kanada əvvəllər Moskvadakı səfirliyi vasitəsilə Ermənistanla diplomatik əlaqələr saxlayırdı. Ermənistanda Kanadanın konsulluğu olsa da, o, öz ölkəsinin vətəndaşlarına məhdud xidmətlər göstərirdi.
Xatırladaq ki, bir müddət əvvəl yeni səfir Endryu Törner etimadnaməsini Ermənistan Prezidenti Vaaqn Xaçaturyana təqdim edib.